Əsas Səhifə > Dünya > Türkiyədə koronavirusa görə məhdudiyyətlər qismən aradan qaldırılır

Türkiyədə koronavirusa görə məhdudiyyətlər qismən aradan qaldırılır


4-05-2020, 23:55
Türkiyədə koronavirusa görə məhdudiyyətlər qismən aradan qaldırılır


Türkiyə hökuməti koronavirusun yayılmasının qarşısının alınması məqsədilə 65 yaşdan yuxarı və 20 yaşdan aşağı vətəndaşlara tətbiq etdiyi yasağı yumşaldır.

Rubrika.Az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə məlumat verib.

Dövlət başçısı bildirib ki, 65 yaşdan yuxarı və 20 yaşdan aşağı vətəndaşlara mayın 13-də 4 saat müddətinə evdən çıxmağa icazə veriləcək: "Bu yumşaldılma saat 11:00-dan 15:00-dək qüvvədə olacaq. Eyni zamanda həftəsonu yenidən komendant saatı tətbiq ediləcək".


Rubrika.Az
Geri qayıt