Türkiyədə koronavirusa görə məhdudiyyətlər qismən aradan qaldırılır
![]()
Türkiyə hökuməti koronavirusun yayılmasının qarşısının alınması məqsədilə 65 yaşdan yuxarı və 20 yaşdan aşağı vətəndaşlara tətbiq etdiyi yasağı yumşaldır.
Rubrika.Az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə məlumat verib.
Dövlət başçısı bildirib ki, 65 yaşdan yuxarı və 20 yaşdan aşağı vətəndaşlara mayın 13-də 4 saat müddətinə evdən çıxmağa icazə veriləcək: "Bu yumşaldılma saat 11:00-dan 15:00-dək qüvvədə olacaq. Eyni zamanda həftəsonu yenidən komendant saatı tətbiq ediləcək".
Rubrika.Az
Facebook-da paylaş











