Əsas Səhifə > Cəmiyyət > Bakıda kişini bıçaqlamaqda şübhəli bilinən qadın ələ keçdi
Bakıda kişini bıçaqlamaqda şübhəli bilinən qadın ələ keçdi7-05-2020, 11:49 |
|
Paytaxtda altı ay öncə 29 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən qadın saxlanılıb. Rubrika.Az Oxu.Az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə ötən il oktyabrın 30-da paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü H.İsmayılovun Şüvəlan qəsəbəsində qarın nahiyəsindən bıçaqlandığına dair məlumat daxil olub. Məlumat əsasında, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində H.İsmayılova xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini 1983-cü il təvəllüdlü L.Mustafayeva bu il mayın 6-da saxlanılıb. Faktla bağlı araşdırma davam etdirilir. Rubrika.Az Geri qayıt |