Bakıda kişini bıçaqlamaqda şübhəli bilinən qadın ələ keçdi
![]()
Paytaxtda altı ay öncə 29 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən qadın saxlanılıb.
Rubrika.Az Oxu.Az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə ötən il oktyabrın 30-da paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü H.İsmayılovun Şüvəlan qəsəbəsində qarın nahiyəsindən bıçaqlandığına dair məlumat daxil olub.
Məlumat əsasında, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində H.İsmayılova xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini 1983-cü il təvəllüdlü L.Mustafayeva bu il mayın 6-da saxlanılıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Rubrika.Az
Facebook-da paylaş








