Əsas Səhifə > Dünya > Moskvada özünütəcrid rejimi mayın 31-dək uzadılıb
Moskvada özünütəcrid rejimi mayın 31-dək uzadılıb7-05-2020, 18:30 |
|
Rusiyanın paytaxtı Moskva şəhərində yeni növ koronavirusla (COVID-19) bağlı tətbiq olunan özünütəcrid rejimi mayın 31-dək uzadılıb. Rubrika.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə paytaxt meri Sergey Sobyanin sərəncam imzalayıb. Sərəncama əsasən, vətəndaşların izolyasiya rejimi uzadılıb, ticarət, xidmət sahələri, mədəniyyət, təhsil, idman və digər qeyri-istehsal sahələrində məhdudlaşmaların vaxtı uzadılıb. Qeyd edək ki, mayın 12-dən etibarən Moskvada ictimai nəqliyyatda tibbi maska və əlcəkdən istifadə məcburi elan olunub. Rubrika.Az Geri qayıt |