Moskvada özünütəcrid rejimi mayın 31-dək uzadılıb
![]()
Rusiyanın paytaxtı Moskva şəhərində yeni növ koronavirusla (COVID-19) bağlı tətbiq olunan özünütəcrid rejimi mayın 31-dək uzadılıb.
Rubrika.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə paytaxt meri Sergey Sobyanin sərəncam imzalayıb.
Sərəncama əsasən, vətəndaşların izolyasiya rejimi uzadılıb, ticarət, xidmət sahələri, mədəniyyət, təhsil, idman və digər qeyri-istehsal sahələrində məhdudlaşmaların vaxtı uzadılıb.
Qeyd edək ki, mayın 12-dən etibarən Moskvada ictimai nəqliyyatda tibbi maska və əlcəkdən istifadə məcburi elan olunub.
Rubrika.Az
Facebook-da paylaş










