Əsas Səhifə > Dünya > Tramp və Pens hər gün koronavirus testindən keçəcək

Tramp və Pens hər gün koronavirus testindən keçəcək


8-05-2020, 10:34
Tramp və Pens hər gün koronavirus testindən keçəcək

ABŞ Prezidenti Donald Tramp şəxsi köməkçilərindən birində COVID-19-un aşkarlanmasından sonra hər gün test olunacağını açıqlayıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

“Onunla çox yaxın təmasda deyildim. Dünən və bu gün test keçirildi. Hər ikisi mənfi oldu”, - deyə D.Tramp bildirib.

Prezident bundan sonra özünün və vitse-prezident Mayk Pensin həftədə bir dəfə deyil, hər gün testdən keçiriləcəyini vurğulayıb.

Rubrika.az
Geri qayıt