Tramp və Pens hər gün koronavirus testindən keçəcək
![]()
ABŞ Prezidenti Donald Tramp şəxsi köməkçilərindən birində COVID-19-un aşkarlanmasından sonra hər gün test olunacağını açıqlayıb.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
“Onunla çox yaxın təmasda deyildim. Dünən və bu gün test keçirildi. Hər ikisi mənfi oldu”, - deyə D.Tramp bildirib.
Prezident bundan sonra özünün və vitse-prezident Mayk Pensin həftədə bir dəfə deyil, hər gün testdən keçiriləcəyini vurğulayıb.
Rubrika.az
Facebook-da paylaş












