Əsas Səhifə > Hadisə > Bakıda avtomobil qəzası baş verdi, sürücü xəsarət aldı

Bakıda avtomobil qəzası baş verdi, sürücü xəsarət aldı


8-05-2020, 21:34
Bakıda avtomobil qəzası baş verdi, sürücü xəsarət aldı


Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Rubrika.Az xəbər verir ki, hadisə bu gün saat 19:25 radələrində Aeroport yolunda qeydə alınıb.

Belə ki, 90-OK-069 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı dəmir maneəyə çarpılıb.

Bakıda avtomobil qəzası baş verdi, sürücü xəsarət aldı

Qəza nəticəsində sürücü yüngül bədən xəsarətləri alıb. Yolda uzun tıxac yaranıb. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub, araşdırma aparılır.


Rubrika.Az
Geri qayıt