Bakıda avtomobil qəzası baş verdi, sürücü xəsarət aldı
![]()
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az xəbər verir ki, hadisə bu gün saat 19:25 radələrində Aeroport yolunda qeydə alınıb.
Belə ki, 90-OK-069 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı dəmir maneəyə çarpılıb.![]()
Qəza nəticəsində sürücü yüngül bədən xəsarətləri alıb. Yolda uzun tıxac yaranıb. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub, araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş












