Əsas Səhifə > Hadisə > Həsənsu çayının üzərindəki 3 körpü uçdu - FOTO
Həsənsu çayının üzərindəki 3 körpü uçdu - FOTO11-05-2020, 21:14 |
|
Son günlər intensiv yağan yağışlar nəticəsində Ağstafa rayonunda ikisi Yuxarı Göycəli və biri Tatlı kəndlərinin ərazilərində olmaqla, Həsənsu çayının üzərində yerləşən ümumilikdə 3 körpünün uçması (qəzalı vəziyyətə düşməsi) barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub. FHN-dən Rubrika.Az-a verilən məlumata görə, əraziyə nazirliyin aidiyyəti nümayəndələri cəlb olunub, hadisə yerində müvafiq tədbirlər görülüb. Müəyyən edilib ki, aramsız yağışlar nəticəsində uçmuş (qəzalı vəziyyətə düşmüş) körpülər kəndlərdə daxili gediş-gəliş vasitəsi kimi istifadə olunub. Hazırda həmin kəndlərin rayon mərkəzi və ya digər yaşayış məntəqələri ilə gediş-gəlişində hər hansı problem yoxdur. Məsələ ilə əlaqədar müvafiq məsləhətləşmələr aparılır. Rubrika.Az Geri qayıt |