Həsənsu çayının üzərindəki 3 körpü uçdu - FOTO
![]()
Son günlər intensiv yağan yağışlar nəticəsində Ağstafa rayonunda ikisi Yuxarı Göycəli və biri Tatlı kəndlərinin ərazilərində olmaqla, Həsənsu çayının üzərində yerləşən ümumilikdə 3 körpünün uçması (qəzalı vəziyyətə düşməsi) barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.
FHN-dən Rubrika.Az-a verilən məlumata görə, əraziyə nazirliyin aidiyyəti nümayəndələri cəlb olunub, hadisə yerində müvafiq tədbirlər görülüb.
Müəyyən edilib ki, aramsız yağışlar nəticəsində uçmuş (qəzalı vəziyyətə düşmüş) körpülər kəndlərdə daxili gediş-gəliş vasitəsi kimi istifadə olunub.![]()
Hazırda həmin kəndlərin rayon mərkəzi və ya digər yaşayış məntəqələri ilə gediş-gəlişində hər hansı problem yoxdur.
Məsələ ilə əlaqədar müvafiq məsləhətləşmələr aparılır.
Rubrika.Az
Facebook-da paylaş











