Əsas Səhifə > Cəmiyyət > “Ölənlərin arasında özünü evdə müalicə etmək istəyənlər olub”
“Ölənlərin arasında özünü evdə müalicə etmək istəyənlər olub”15-05-2020, 18:03 |
|
“Vəfat edənlərin əksəriyyəti yanaşı xəstəliyi olan və evdə özünü müalicə etməyə çalışaraq xəstəxanaya müraciəti gecikdirmiş şəxslərdir”. Rubrika.Az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, onlarda olan məlumata əsasən, bir çox yerlərdə insanlar bunu adi soyuqdəymə xəstəliyi kimi müalicə etməyə çalışdıqları üçün gecikmələr olur və həmin mərhələdə artıq tibbi olaraq TƏBİB-in edə biləcəyi bir şey qalmır: “Buna görə də özündə simptomları hiss edən hər kəs həkimə, təcili tibbi yardıma müraciət etməlidir”. Rubrika.Az Geri qayıt |