“Ölənlərin arasında özünü evdə müalicə etmək istəyənlər olub”
![]()
“Vəfat edənlərin əksəriyyəti yanaşı xəstəliyi olan və evdə özünü müalicə etməyə çalışaraq xəstəxanaya müraciəti gecikdirmiş şəxslərdir”.
Rubrika.Az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, onlarda olan məlumata əsasən, bir çox yerlərdə insanlar bunu adi soyuqdəymə xəstəliyi kimi müalicə etməyə çalışdıqları üçün gecikmələr olur və həmin mərhələdə artıq tibbi olaraq TƏBİB-in edə biləcəyi bir şey qalmır: “Buna görə də özündə simptomları hiss edən hər kəs həkimə, təcili tibbi yardıma müraciət etməlidir”.
Rubrika.Az
Facebook-da paylaş
















