Əsas Səhifə > Cəmiyyət > Nazir general-mayor Yaşar Əliyevi vəzifəsindən azad etdi

Nazir general-mayor Yaşar Əliyevi vəzifəsindən azad etdi


15-05-2020, 18:48
Nazir general-mayor Yaşar Əliyevi vəzifəsindən azad etdi


Daxili İşlər Nazirliyində növbəti kadr islahatları aparılıb.

Rubrika.Az xəbər verir ki, DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyev tutduğu vəzifədən azad edilib.

Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, Y. Əliyev 2011-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisidir. /Unikal.org


Rubrika.Az
Geri qayıt