Nazir general-mayor Yaşar Əliyevi vəzifəsindən azad etdi
![]()
Daxili İşlər Nazirliyində növbəti kadr islahatları aparılıb.
Rubrika.Az xəbər verir ki, DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyev tutduğu vəzifədən azad edilib.
Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Qeyd edək ki, Y. Əliyev 2011-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisidir. /Unikal.org
Rubrika.Az
Facebook-da paylaş















