Əsas Səhifə > Səhiyyə > Gürcüstanda koronavirusa yoluxanların sayı 700-ü ötdü

Gürcüstanda koronavirusa yoluxanların sayı 700-ü ötdü


18-05-2020, 10:11
Gürcüstanda koronavirusa yoluxanların sayı 700-ü ötdü

Gürcüstanda daha 6 nəfərdə koronavirus aşkarlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 701-ə çatıb. Onların 432-si artıq sağalıb, 12-si isə dünyasını dəyişib. Koronavirusdan müalicə olunanların sayı 257 nəfər təşkil edir.

İndiyədək Gürcüstanda 39 573 nəfər koronavirusla bağlı testdən keçirilib.

Rubrika.az
Geri qayıt