Gürcüstanda koronavirusa yoluxanların sayı 700-ü ötdü
![]()
Gürcüstanda daha 6 nəfərdə koronavirus aşkarlanıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 701-ə çatıb. Onların 432-si artıq sağalıb, 12-si isə dünyasını dəyişib. Koronavirusdan müalicə olunanların sayı 257 nəfər təşkil edir.
İndiyədək Gürcüstanda 39 573 nəfər koronavirusla bağlı testdən keçirilib.
Rubrika.az
Facebook-da paylaş










