Əsas Səhifə > Səhiyyə > Koronavirus Hindistanı cənginə alıb – Daha 5 242 yoluxma

Koronavirus Hindistanı cənginə alıb – Daha 5 242 yoluxma


18-05-2020, 11:46
Koronavirus Hindistanı cənginə alıb – Daha 5 242 yoluxma

Koronavirusla mübarizə çərçivəsində çox sərt tədbirlər görən Hindistanda son sutka ərzində 5 min 242 nəfər virusa yoluxub.

Rubrika.Az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb. Məlumata görə, Hindistanda ümumilikdə 96 min 169 nəfərdə COVİD-19 simptomları aşkarlanıb.

Qeyd edək ki, ölənlərin sayı isə 3 min 29 nəfərə çatıb.

Rubrika.Az
Geri qayıt