Koronavirus Hindistanı cənginə alıb – Daha 5 242 yoluxma
![]()
Koronavirusla mübarizə çərçivəsində çox sərt tədbirlər görən Hindistanda son sutka ərzində 5 min 242 nəfər virusa yoluxub.
Rubrika.Az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb. Məlumata görə, Hindistanda ümumilikdə 96 min 169 nəfərdə COVİD-19 simptomları aşkarlanıb.
Qeyd edək ki, ölənlərin sayı isə 3 min 29 nəfərə çatıb.
Rubrika.Az
Facebook-da paylaş








