Əsas Səhifə > İdman > İtaliya A Seriyası yenə təxirə salınır - RƏSMİ
İtaliya A Seriyası yenə təxirə salınır - RƏSMİ18-05-2020, 22:06 |
|
İtaliyanın baş naziri Cüzeppe Konte kütləvi idman tədbirləri ilə bağlı yeni qərar imzalayıb. Rubrika.Az Report-a istinadən xəbər verir ki, qərara əsasən, ölkədə yarışların keçirilməsinə qoyulan qadağanın müddəti iyunun 14-dək uzadılıb. Bu daha əvvəl iyunun 13-də bərpa olunacağı gözlənilən A Seriyasının yenidən təxirə salınacağı deməkdir. Qeyd edək ki, İtaliyada yerli liqalar martın 11-də koronavirus pandemiyası səbəbindən dayandırılıb. Rubrika.Az Geri qayıt |