İtaliya A Seriyası yenə təxirə salınır - RƏSMİ
![]()
İtaliyanın baş naziri Cüzeppe Konte kütləvi idman tədbirləri ilə bağlı yeni qərar imzalayıb.
Rubrika.Az Report-a istinadən xəbər verir ki, qərara əsasən, ölkədə yarışların keçirilməsinə qoyulan qadağanın müddəti iyunun 14-dək uzadılıb.
Bu daha əvvəl iyunun 13-də bərpa olunacağı gözlənilən A Seriyasının yenidən təxirə salınacağı deməkdir.
Qeyd edək ki, İtaliyada yerli liqalar martın 11-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.
Rubrika.Az
Facebook-da paylaş















