Əsas Səhifə > Dünya > Türkiyədə bayram günlərində küçəyə çıxmaq qadağan edilib

Türkiyədə bayram günlərində küçəyə çıxmaq qadağan edilib


19-05-2020, 11:19
Türkiyədə bayram günlərində küçəyə çıxmaq qadağan edilib

Türkiyədə Ramazan bayramı günlərində 81 əyalətdə küçəyə çıxmaq qadağan edilib.

Rubrika.Az virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki iclasından sonra açıqlama verib.

Onun sözlərinə görə, 23-24-25 və 26 may tarixlərində Türkiyənin bütün əyalətlərində komendant saatı tətbiq olunacaq.

15 əyalət arasında gediş-gəliş qadağası isə daha 15 gün uzadılıb. Cəzaçəkmə müəssisələrində görüşlər iyundan etibarən bərpa olunacaq.

Rubrika.Az
Geri qayıt