Türkiyədə bayram günlərində küçəyə çıxmaq qadağan edilib

Türkiyədə Ramazan bayramı günlərində 81 əyalətdə küçəyə çıxmaq qadağan edilib.
Rubrika.Az virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki iclasından sonra açıqlama verib.
Onun sözlərinə görə, 23-24-25 və 26 may tarixlərində Türkiyənin bütün əyalətlərində komendant saatı tətbiq olunacaq.
15 əyalət arasında gediş-gəliş qadağası isə daha 15 gün uzadılıb. Cəzaçəkmə müəssisələrində görüşlər iyundan etibarən bərpa olunacaq.
Rubrika.Az
Facebook-da paylaş









