Əsas Səhifə > İstisadiyyat > Ləğv prosesində olan “AG Bank”ın kreditor tələblərinin qeydiyyatına başlanılır

Ləğv prosesində olan “AG Bank”ın kreditor tələblərinin qeydiyyatına başlanılır


22-05-2020, 19:23
Ləğv prosesində olan “AG Bank”ın kreditor tələblərinin qeydiyyatına başlanılır



Ləğv prosesində olan “AG Bank” ASC-nin kreditorları 2 iyun 2020-ci il tarixindən kreditor tələbinin qeydiyyata alınması ilə bağlı müraciət edə bilərlərlər.

Rubrika.Az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, müraciətlər Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan “AG Bank” ASC-nin baş ofisində qəbul olunacaq.

Kreditor tələbləri qeydiyyatı 15 iyul 2020-ci il tarixinədək aparılacaq. Qeyd edək ki, qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların 16 iyun 2020-ci il tarixindən ödənilməsi nəzərdə tutulur.


Rubrika.Az
Geri qayıt