Ləğv prosesində olan “AG Bank”ın kreditor tələblərinin qeydiyyatına başlanılır
![]()
Ləğv prosesində olan “AG Bank” ASC-nin kreditorları 2 iyun 2020-ci il tarixindən kreditor tələbinin qeydiyyata alınması ilə bağlı müraciət edə bilərlərlər.
Rubrika.Az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, müraciətlər Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan “AG Bank” ASC-nin baş ofisində qəbul olunacaq.
Kreditor tələbləri qeydiyyatı 15 iyul 2020-ci il tarixinədək aparılacaq. Qeyd edək ki, qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların 16 iyun 2020-ci il tarixindən ödənilməsi nəzərdə tutulur.
Rubrika.Az
Facebook-da paylaş










