Əsas Səhifə > Siyasət > Milli Məclisin qarşısında aksiya keçirməyə cəhd edilib

Milli Məclisin qarşısında aksiya keçirməyə cəhd edilib


26-05-2020, 17:45
Milli Məclisin qarşısında aksiya keçirməyə cəhd edilib



Bu gün Milli Məclisin inzibati binasının qarşısında aksiya keçirilməsinə cəhd olub.

Rubrika.Az-ın xəbərinə görə, polis "Qarabağa azadlıq" şüarı ilə təşkil olunan aksiyanın qarşısını alıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Rubrika.Az-a bildirib ki, icazəsiz aksiya keçirməyə cəhd edənlər polis əməkdaşlar tərəfindən ərazidən uzaqlaşdırılıb.

O qeyd edib ki, aksiyaya cəhd zamanı heç kəs saxlanılmayıb: “Sosial şəbəkələrdə bir neçə şəxsin saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.


Rubrika.Az
Geri qayıt