Milli Məclisin qarşısında aksiya keçirməyə cəhd edilib
![]()
Bu gün Milli Məclisin inzibati binasının qarşısında aksiya keçirilməsinə cəhd olub.
Rubrika.Az-ın xəbərinə görə, polis "Qarabağa azadlıq" şüarı ilə təşkil olunan aksiyanın qarşısını alıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Rubrika.Az-a bildirib ki, icazəsiz aksiya keçirməyə cəhd edənlər polis əməkdaşlar tərəfindən ərazidən uzaqlaşdırılıb.
O qeyd edib ki, aksiyaya cəhd zamanı heç kəs saxlanılmayıb: “Sosial şəbəkələrdə bir neçə şəxsin saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Rubrika.Az
Facebook-da paylaş







