Əsas Səhifə > Dünya > Koronavirusa yoluxduğu iddia edilən Kadırov operativ qərargahın iclasında iştirak etdi

Koronavirusa yoluxduğu iddia edilən Kadırov operativ qərargahın iclasında iştirak etdi


26-05-2020, 18:10
Koronavirusa yoluxduğu iddia edilən Kadırov operativ qərargahın iclasında iştirak etdi


Çeçenistan rəhbəri Ramzan Kadırov koronavirusla mübarizə üzrə regional operativ qərargahın iclasında iştirak edib.

Rubrika.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə R.Kadırov “Teleqram” kanalında yazıb.

“Operativ qərargahın bayram tətillərindən sonrakı ilk iclasında məsul şəxslərin hesabatlarını dinlədim”, - R.Kadırov qeyd edib.

O, respublika xəstəxanalarında və regionda iqtisadi vəziyyətin sabit olduğunu vurğulayıb.

Xatırladaq ki, R.Kadırovun koronavirus şübhəsi ilə Moskvada xəstəxanaya yerləşdirilməsi barədə KİV-də məlumatlar yayılmışdı. Çeçenistanın koronavirusla mübarizə üzrə operativ qərargahının sədri Maqomed Daudov sözügedən informasiyanı təkzib etmişdi.



Rubrika.Az
Geri qayıt