Koronavirusa yoluxduğu iddia edilən Kadırov operativ qərargahın iclasında iştirak etdi
![]()
Çeçenistan rəhbəri Ramzan Kadırov koronavirusla mübarizə üzrə regional operativ qərargahın iclasında iştirak edib.
Rubrika.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə R.Kadırov “Teleqram” kanalında yazıb.
“Operativ qərargahın bayram tətillərindən sonrakı ilk iclasında məsul şəxslərin hesabatlarını dinlədim”, - R.Kadırov qeyd edib.
O, respublika xəstəxanalarında və regionda iqtisadi vəziyyətin sabit olduğunu vurğulayıb.
Xatırladaq ki, R.Kadırovun koronavirus şübhəsi ilə Moskvada xəstəxanaya yerləşdirilməsi barədə KİV-də məlumatlar yayılmışdı. Çeçenistanın koronavirusla mübarizə üzrə operativ qərargahının sədri Maqomed Daudov sözügedən informasiyanı təkzib etmişdi.
Rubrika.Az
Facebook-da paylaş















