Əsas Səhifə > Hadisə > Gəncədə kafedə bıçaqlanma hadisəsi baş verib
Gəncədə kafedə bıçaqlanma hadisəsi baş verib28-05-2020, 20:51 |
|
Gəncə sakini kafedə əlindən bıçaqlanıb. Rubrika.Az-ın Apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsindəki kafelərin birində qeydə alınıb. Şəhər sakini, 1983-cü il təvəllüdlü Əliyev Elşən Nizami oğlu sol qolunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib. Məlumata görə, 37 yaşlı E.Əliyev kafedə yeyib-içdikdən sonra xəsarət alıb. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |