Gəncədə kafedə bıçaqlanma hadisəsi baş verib
![]()
Gəncə sakini kafedə əlindən bıçaqlanıb.
Rubrika.Az-ın Apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsindəki kafelərin birində qeydə alınıb.
Şəhər sakini, 1983-cü il təvəllüdlü Əliyev Elşən Nizami oğlu sol qolunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib.
Məlumata görə, 37 yaşlı E.Əliyev kafedə yeyib-içdikdən sonra xəsarət alıb. Hadisə ilə bağlı polisə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş











