Əsas Səhifə > Səhiyyə > Rusiyada pandemiya qurbanlarının sayı 4855-ə çatıb

Rusiyada pandemiya qurbanlarının sayı 4855-ə çatıb


1-06-2020, 12:47
Rusiyada pandemiya qurbanlarının sayı 4855-ə çatıb

Rusiyada son bir gündə daha 9035 nəfərə koronavirus diaqnozu qoyulub.

Rubrika.Az xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 414 878 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 162 nəfər artaraq 4 855-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 175 877 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 297 nəfər.

Rubrika.Az
Geri qayıt