Rusiyada pandemiya qurbanlarının sayı 4855-ə çatıb

Rusiyada son bir gündə daha 9035 nəfərə koronavirus diaqnozu qoyulub.
Rubrika.Az xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 414 878 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə 162 nəfər artaraq 4 855-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 175 877 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 297 nəfər.
Rubrika.Az
Facebook-da paylaş










