Əsas Səhifə > Dünya > Ruhani: “ABŞ 83 milyon iranlının sağlamlığını girov götürüb”
Ruhani: “ABŞ 83 milyon iranlının sağlamlığını girov götürüb”2-06-2020, 17:52 |
|
ABŞ COVID-19-la bağlı dərmanların idxalına maneə yaratmaqla 83 milyon iranlının səhhətini girov götürüb. Rubrika.AZ “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib. O, Avropa İttifaqı (Aİ) ölkələrindən ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları qınamalarını istəyib. Ruhani bildirib ki, ABŞ vətəndaşları bu yolun özlərinə də faydalı olmayacağını başa düşməlidirlər: “Nüvə razılaşmasının çökməsi hamının zərərinədir”. Rubrika.Az Geri qayıt |