Ruhani: “ABŞ 83 milyon iranlının sağlamlığını girov götürüb”
![]()
ABŞ COVID-19-la bağlı dərmanların idxalına maneə yaratmaqla 83 milyon iranlının səhhətini girov götürüb.
Rubrika.AZ “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.
O, Avropa İttifaqı (Aİ) ölkələrindən ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları qınamalarını istəyib.
Ruhani bildirib ki, ABŞ vətəndaşları bu yolun özlərinə də faydalı olmayacağını başa düşməlidirlər: “Nüvə razılaşmasının çökməsi hamının zərərinədir”.
Rubrika.Az
Facebook-da paylaş












