Əsas Səhifə > Dünya > Pakistanda altı yeniyetmə mədrəsənin dağıntıları altında həlak oldu
Pakistanda altı yeniyetmə mədrəsənin dağıntıları altında həlak oldu3-06-2020, 19:00 |
|
Pakistanın Şimali Vəziristan rayonunda mədrəsənin damının uçması nəticəsində altı uşaq ölüb, yeddi nəfər yaralanıb. Rubrika.Az “Dailypakistan”-a istinadən xəbər verir ki, xilasedicilərin hadisə yerinə gec gəldiyini görən sakinlər dağıntılar altında qalan yeniyetmələri özləri çıxarmalı olub. Qeyd edək ki, Pakistanın şimal-qərbində, Əfqanıstanla sərhəddə yerləşən Vəziristan “Taliban” yaraqlılarının fəal olduğu ərazidir. Rubrika.Az Geri qayıt |