Pakistanda altı yeniyetmə mədrəsənin dağıntıları altında həlak oldu
![]()
Pakistanın Şimali Vəziristan rayonunda mədrəsənin damının uçması nəticəsində altı uşaq ölüb, yeddi nəfər yaralanıb.
Rubrika.Az “Dailypakistan”-a istinadən xəbər verir ki, xilasedicilərin hadisə yerinə gec gəldiyini görən sakinlər dağıntılar altında qalan yeniyetmələri özləri çıxarmalı olub.
Qeyd edək ki, Pakistanın şimal-qərbində, Əfqanıstanla sərhəddə yerləşən Vəziristan “Taliban” yaraqlılarının fəal olduğu ərazidir.
Rubrika.Az
Facebook-da paylaş














