Əsas Səhifə > Dünya > Qasım Süleymaninin ölümündə əli olan şəxs edam ediləcək

Qasım Süleymaninin ölümündə əli olan şəxs edam ediləcək


9-06-2020, 13:46
Qasım Süleymaninin ölümündə əli olan şəxs edam ediləcək

İran general Qasım Süleymaninin suiqəsdində ABŞ-a məlumat ötürdüyü iddia edilən şəxs barəsində edam hökmü çıxarılıb.

Rubrika.az xarici mətbuata istinadən bildirir ki, həmin şəxs ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), həmçinin İsrailin kəşfiyyat qurumu olan MOSSAD-a işləməkdə ittiham edilib.

Bu barədə İran məhkəməsinin nümayəndəsi Qulamhüseyn İsmaili məlumat verib.

Onun sözlərinə görə, MKİ və MOSSAD-ın agenti olan Mahmud Musəvi-Məcidə ölüm cəzası verilib:

"O, şəhid Süleymaninin harada olduğu məlumatını düşmənə vermişdi”.

Rubrika.az
Geri qayıt