Qasım Süleymaninin ölümündə əli olan şəxs edam ediləcək
![]()
İran general Qasım Süleymaninin suiqəsdində ABŞ-a məlumat ötürdüyü iddia edilən şəxs barəsində edam hökmü çıxarılıb.
Rubrika.az xarici mətbuata istinadən bildirir ki, həmin şəxs ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), həmçinin İsrailin kəşfiyyat qurumu olan MOSSAD-a işləməkdə ittiham edilib.
Bu barədə İran məhkəməsinin nümayəndəsi Qulamhüseyn İsmaili məlumat verib.
Onun sözlərinə görə, MKİ və MOSSAD-ın agenti olan Mahmud Musəvi-Məcidə ölüm cəzası verilib:
"O, şəhid Süleymaninin harada olduğu məlumatını düşmənə vermişdi”.
Rubrika.az
Facebook-da paylaş









