Əsas Səhifə > Dünya > İranda güclü zəlzələ
İranda güclü zəlzələ9-06-2020, 23:17 |
|
İranın cənubunda 5,7 bal gücündə zəlzələ olub. Rubrika.Az bildirir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Məlumata əsasən, yeraltı təkanlar saat 21:18 radələrində (GMT+4) qeydə alınıb. Zəlzələnin episentri Şiraz şəhərindən 216 kilometr cənubi-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. Rubrika.Az Geri qayıt |