İranda güclü zəlzələ
![]()
İranın cənubunda 5,7 bal gücündə zəlzələ olub. Rubrika.Az bildirir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanlar saat 21:18 radələrində (GMT+4) qeydə alınıb. Zəlzələnin episentri Şiraz şəhərindən 216 kilometr cənubi-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Rubrika.Az
Facebook-da paylaş












