Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda Prezident Administrasiyasının 19 əməkdaşı koronavirusa yoluxdu - RƏSMİ

Azərbaycanda Prezident Administrasiyasının 19 əməkdaşı koronavirusa yoluxdu - RƏSMİ


10-06-2020, 12:15
Azərbaycanda Prezident Administrasiyasının 19 əməkdaşı koronavirusa yoluxdu - RƏSMİ

“Dövlət strukturlarında da koronavirusa yoluxma halları baş verib”.

Rubrika.Az yenisabah.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeddi nəfər virusa yoluxub:

“Prezident Administrasiyasının 19 əməkdaşı koronavirusa yoluxub. Onlardan 14 nəfəri İşlər İdarəsinin əməkdaşlarıdır. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin 5 əməkdaşında yoluxma halı müşahidə olunub”.

Rubrika.az

Geri qayıt