Azərbaycanda Prezident Administrasiyasının 19 əməkdaşı koronavirusa yoluxdu - RƏSMİ
![]()
“Dövlət strukturlarında da koronavirusa yoluxma halları baş verib”.
Rubrika.Az yenisabah.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeddi nəfər virusa yoluxub:
“Prezident Administrasiyasının 19 əməkdaşı koronavirusa yoluxub. Onlardan 14 nəfəri İşlər İdarəsinin əməkdaşlarıdır. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin 5 əməkdaşında yoluxma halı müşahidə olunub”.
Rubrika.az
Facebook-da paylaş








