Əsas Səhifə > Cəmiyyət > Məhkəmə Qiyas İbrahimov haqqında qərar verdi
Məhkəmə Qiyas İbrahimov haqqında qərar verdi10-06-2020, 18:31 |
|
Nizami Rayon Məhkəməsində gənc fəal Qiyas İbrahimovun inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Rubrika.Az Oxu.Az-a istinadən xəbər verir ki, hakim Mətanət Hacıyevanın sədriyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Q.İbrahimov 50 manat məbləğində cərimələnib. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib. Qeyd edək ki, gənc fəal Qiyas İbrahimov ötən gün binanın damına çıxaraq aksiya keçirdikdən sonra saxlanılıb və bu gün sərbəst buraxılıb. Rubrika.Az Geri qayıt |