Məhkəmə Qiyas İbrahimov haqqında qərar verdi
![]()
Nizami Rayon Məhkəməsində gənc fəal Qiyas İbrahimovun inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.
Rubrika.Az Oxu.Az-a istinadən xəbər verir ki, hakim Mətanət Hacıyevanın sədriyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, Q.İbrahimov 50 manat məbləğində cərimələnib.
O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.
Qeyd edək ki, gənc fəal Qiyas İbrahimov ötən gün binanın damına çıxaraq aksiya keçirdikdən sonra saxlanılıb və bu gün sərbəst buraxılıb.
Rubrika.Az
Facebook-da paylaş









