Əsas Səhifə > Hadisə > Göygöldə ana və qızını maşın vurub
Göygöldə ana və qızını maşın vurub11-06-2020, 18:03 |
|
Göygöldə iki nəfərin vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Rubrika.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb. 1964-cü il təvəllüdlü Seda Məhərrəmova və qızı, 1986-cı il təvəllüdlü Əfsanə Məhərrəmova yolu keçmək istəyən zaman naməlum avtomobil tərəfindən vurulub. Onlar müxtəlif xəsarətlər aparaq, xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |