Göygöldə ana və qızını maşın vurub
![]()
Göygöldə iki nəfərin vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.
1964-cü il təvəllüdlü Seda Məhərrəmova və qızı, 1986-cı il təvəllüdlü Əfsanə Məhərrəmova yolu keçmək istəyən zaman naməlum avtomobil tərəfindən vurulub.
Onlar müxtəlif xəsarətlər aparaq, xəstəxanaya yerləşdirilib.
Vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş













