Əsas Səhifə > Siyasət > Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində yeni təyinat olub
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində yeni təyinat olub11-06-2020, 18:41 |
|
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyev tutduğu vəzifədən azad edilib. Bu barədə Rubrika.Az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Müdafiə nazirinin əmri ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyev tutduğu vəzifədən azad edilərək yuxarı vəzifəyə - Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində baş kardioloq vəzifəsinə təyin edilib. Rubrika.Az Geri qayıt |