Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində yeni təyinat olub
![]()
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyev tutduğu vəzifədən azad edilib.
Bu barədə Rubrika.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə nazirinin əmri ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyev tutduğu vəzifədən azad edilərək yuxarı vəzifəyə - Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində baş kardioloq vəzifəsinə təyin edilib.
Rubrika.Az
Facebook-da paylaş












